Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

22:27 29.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Kolumbiyanın xarici işlər nazirinin müavini xanım Xuana Esperanza Kastro Santamaria ilə Azərbaycana səfəri zamanı səmərəli müzakirələr apardıq”.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “X” hesabında yazıb.

“Ölkələrimiz arasında siyasi dialoqun hazırkı səviyyəsi ümidvericidir. İqtisadi və ticarət, mədəni və humanitar, turizm və insanlararası mübadilə sahələrində əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli potensial mövcuddur.

Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir və biz bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını da müzakirə etdik. Kolumbiya tərəfinə Azərbaycanda ispan dilinin təşviqinə verdiyi dəstəyə görə minnətdarlığımızı bildiririk”, - Hikmət Hacıyev əlavə edib.

69ecd5c3b1ae569ecd5c3b1ae6177712889969ecd5c3b1ae269ecd5c3b1ae4 169ecd5c409e1269ecd5c409e13177712889969ecd5c409e0e69ecd5c409e10 1